15 İyul, 2021
“Ölkə.Az” yeddi yaşını qeyd edir

Bu gün “Ölkə.Az” xəbər agentliyi yeddi yaşını qeyd edir. Agentlik 2014-cü ildə aktiv media resurslarının siyahısına qatılıb. Fəaliyyətə başladığı ilk gündən etibarən kollektiv Azərbaycanın ictimai, siyasi, sosial, mədəni və digər həyatında olan ən son yenilikləri operativ şəkildə oxuculara çatdırmağa səy göstərir.

Saytda müxtəlif sahələrdən bəhs edən müsahibələr, təhlillər, reportajlar, müəllif yazılar dərc olunmaqla bərabər, dünyada baş verən maraqlı xəbərlər də işıqlandırılır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!