18 İyun, 2021
Alp dağlarına qırmızı qar yağdı

Alp dağlarının yüksəkliklərində müşahidə olunan qırmızı qar elm adamlarını hərəkətə keçirib. Unikal.org xəbər verir ki, alimlərin verdiyi açıqlamada mikro yosunların çoxalmasının qarın rənginin dəyişməsinə səbəb olduğu və bunun havadakı karbon dioksid miqdarının artması ilə əlaqəli olduğu qeyd edilib.

Beynəlxalq Elmi Tədqiqat Mərkəzinin Hüceyrə və bitki fiziologiyası laboratoriyasının direktoru Erik Marexal açıqlamasında izah edib ki, may ayından başlayaraq Günəş şüaları çoxaldıqda yosunlar gündən qoruyucu rolunu oynayan qırmızı molekullardan ibarət qalxan yaradır.

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!