14 İyun, 2021
Qubada iki uşağı "tok" vurdu - Biri öldü

Qubada iki azyaşlını “tok” vurması və onlardan birinin ölməsi ilə bağlı cinayət işi başlanılıb.

Quba rayon prokurorluğundan Unikal.org-a verilən məlumata görə, iyunun 13-də Quba rayonunda 2 azyaşlının elektrik cərəyanı vurması nəticəsində biri ölüb, digəri isə xəsarət alıb.

Müəyyən edilib ki, elektrik xəttinin naqilinə toxunmaları nəticəsində 2008-ci il təvəllüdlü Polad Fərhadov aldığı xəsarətlərdən ölüb, həmyaşıdı Uğur Bayramov isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Faktla bağlı Quba rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə təqsirli şəxsin (şəxslərin) müəyyən edilərək məsuliyyətə cəlb edilməsi istiqamətində zəruri istintaq tədbirləri davam etdirilir.

***

10:49

Qubada bədbəxt hadisə baş verib

Hadisə rayonun Zərdabi qəsəbəsində qeydə alınıb. Qəsəbə sakinləri, 12 yaşlı Polad Fərhad oğlu Poladov və 13 yaşlı Uğur Xəyyam oğlu Bayramov kəndin kənarında yerləşən yüksək gərginlikli xəttin üzərindəki açarın qutusuna əlləri ilə toxunublar. Nəticədə Polad Fərhadov yerindəcə ölüb. U.Bayramov isə xəstəxanaya çatdırılıb. Onun vəziyyətinin stabil olduğu deyilir.

Faktla bağlı araşdırmalar aparılır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!