4 May, 2021
Daha bir müəllim koronavirusdan öldü

Daha bir universitet müəllimi koronavirusdan (COVID-19) vəfat edib.

Oxu.Az-ın məlumatına görə, Bakı Mühəndislik Universitetinin Fizika kafedrasının müdiri Baba Qasımov koronavirusdan dünyasını dəyişib. Qeyd edək ki, B.Qasımov 1951-ci ildə Ağdamda anadan olub.

O, 2016-cı ildən Bakı Mühəndislik Universitetinin Fizika kafedrasının müdiri vəzifəsində çalışıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!