26 Aprel, 2021
Arif Quliyev koronavirusa yoluxdu

Xalq artisti Arif Quliyev koronavirusa (COVID-19) yoluxub. Bu barədə APA-ya onun oğlu Rövşən Quliyev məlumat verib.

O, atasının iki gün əvvəl “Yeni klinika”ya yerləşdirildiyini deyib: “Hazırda vəziyyəti çox pisdir, süni tənəffüs aparatına qoşulub. Klinikanın həkimləri sağ olsunlar, atamın səhhəti ilə maraqlansalar da, ona böyük diqqət ayırsalar da, atamın vəziyyəti hələ ki, olduqca kritikdir”.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!