23 Aprel, 2021
Sipark İnşaatın Həsən Əliyev Layihəsində tikinti yekun mərhələdədir - FOTO

Sipark İnşaat şirkətinin Həsən Əliyev layihəsində tikinti yekun mərhələsinə çatıb. Pilot layihənin son görülən işləri ilə bağlı Simsar.az -a məlumat verən şirkət nümayəndəsi Nural İbrahimovun sözlərinə görə hazırda son tikilən blokun mansardında dəmir qəlib beton işləri görülür. "Qeyd edim  ki, layihənin digər blokları hazırdır. 4 və 5 - ci bloklarda ağarma işləri görülür. Ümumilikdə yaşayış kompleksinin pəncərələri quraşdırılıb. Lift şaxtalarında ayaqaltıların qurulma prosesi aparılır. Binanın həyətində sakinlərin ixtiyarına veriləcək parkingin (-2) dəmir qəlib işləri görülüb betona təhvil verilib."

Yaşayış Kompleksinin fasad işlərinin də artıq tamamlanmaq üzrə olduğunu bildirən N.İbrahimov tezliklə mənzillərin təmirə təhvil veriləcəyini bildirib.

Simsar.az

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!