19 Aprel, 2021
Neft ucuzlaşıb

Dünya bazarında neftin qiyməti bir qədər düşüb. “Report” “Prime” agentliyinə istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 09:06-da Şimal Dənizində hasil olunan “Brent” neftinin iyun fyuçerslərinin qiyməti 0,36 faiz düşərək 66,53 ABŞ dolları səviyyəsində qərarlaşıb.

WTI neftinin iyun fyuçersləri 0,25 faiz, may fyuçersləri isə 0,21 faiz ucuzlaşaraq bir bareli müvafiq olaraq 63,03 və 63 dollara satılıb.

Ötən həftə tələbatla bağlı müsbət gözləntilər və dünya iqtisadiyyatının bərpası proqnozları neftin qiymətinin 6 faiz artmasına səbəb olub.

Başlamasından bir ildən çox vaxtın keçməsinə baxmayaraq koronavirus hələ də neft bazarında əhəmiyyətli dərəcədə qeyri-müəyyənlik yaradır. Belə ki, Yaponiyada bir neçə prefektura yoluxma hallarının artması səbəbindən öz ərazilərində fövqəladə halın tətbiq edilməsini tələb edə bilərlər. Bu arada Hindistanda sutkalıq yoluxma halları 250 mini keçib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!