2 Aprel, 2021
Azərbaycanda dörd şəhər və bir rayonda bağçalar bağlanır

“Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonundakı bağçalar da bağlanacaq”. Oxu.Az-ın əldə etdiyi məlumata görə, aprelin 5-dən bağçalar bağlanır.

Qeyd edək ki, ötən gün Təhsil Nazirliyi mövcud pandemiya şəraiti ilə əlaqədar olaraq, növbəti həftədən etibarən tədrisin təşkili ilə bağlı yeni normaların tətbiqi barədə qərar verib.

Belə ki, aprelin 5-dən Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonunun ümumi təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin distant (məsafədən) formada təşkili nəzərdə tutulur. Digər şəhər və rayonlarda isə tədris sanitar-gigiyenik tələblərə əməl edilməklə qismən əyani formada davam etdiriləcək.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!