16 İyun, 2011
Çimənlər batmasın deyə

Çimətliklərdə tibbi yardım briqadası fəaliyyətə başladı

Bu il Bakı çimərliklərində Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının 14 briqadası xidmət aparacaq. Bu barədə Simsar.az-a Stansiyanın baş həkimi Mürsəl Həmidov məlumat verib. M.Həmidov qeyd edib ki, keçən il həmin briqadaların sayı 12 olub. Bu il daha 2 briqadanın fəaliyyətə başlamasının səbəbi Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən daha iki çimərlikdən istifadəyə icazənin verilməsidir.


M.Həmidov onu da bildirib ki, bu il çimərlik ərazilərində 6 nəfər tibbi yardım briqadalarına müraciət edib. Havanın nisbətən sərin keçməsi səbəbindən isə hələlik günvurma hadisəsi müşahidə olunmayıb: “Dəniz mövsümü hələ yeni başlayır. Bizim işimi hələ qarşıdadır”.


Qeyd edək ki, keçən il Bakı çimərliklərində 175 nəfər günvurma diaqnozu ilə təcili tibbi yardım briqadalarına müraciət edib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!