4 Mart, 2021
Hacı Şahin koronavirus əleyhinə peyvənd vurdurdu

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin səlahiyyətli nümayəndəsi, din xadimi Hacı Şahin Həsənli koronavirus əleyhinə peyvənd vurdurub. Bununla bağlı din xadimi sosial şəbəkədə fotolarını paylaşıb.

Peyvəndin ilk dozasını bu gün Bakı Sağlamlıq Mərkəzində qəbul edən QMİ nümayəndəsi növbəti ikinci dozanı 28 gündən sonra, aprelin 2-də vurduracaq.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!