16 İyun, 2011
MARŞURUTLARDA GEDİŞ HAQQI QALXACAQ - HƏYACAN

Ziya Məmmədov: “Azərbaycan əhalisinin rifah səviyyəsi yaxşılaşdıqca ictimai nəqliyyatdan istifadəyə görə tariflərə yenidən baxılmalıdır”

Simsar.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında nəqliyyat naziri Ziya Məmmədov deyib. Nazir bildirib ki, ictimai nəqliyyatda gediş haqlarına yenidən baxıla bilər: “Gediş haqlarının dəyişməsi isə artım istiqamətində olacaq. İctimai nəqliyyatda çalışan şirkətlər də bu sahəyə investisiya yatırmaq üçün maraqlı olmalı və gəlir əldə etməlidirlər. Bu sistem tətbiq olunandan sonra gediş haqlarının plastik kartlar vasitəsilə ödənişinə də başlanacaq”.

Z. Məmmədov tariflərə yenidən baxılacağı tarixi dəqiq açıqlamasa da, o, bu məsələnin aktual olduğunu qeyd edib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!