3 Fevral, 2021
İcra başçısı özünə yeni müavin təyin etdi

Ağstafa Rayon İcra Hakimiyyətində (RİH) yeni təyinat olub.

Unikal.org xəbər verir ki, bununla bağlı RİH-nin başçısı Seymur Orucov əmr imzalayıb.

Əmrə əsasən, İlqar Hacıyev Ağstafa RİH-nin başçısının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

Qeyd edək ki, o, bu təyinatadək kadrlar şöbəsində çalışıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!