3 Fevral, 2021
Qırğızıstanın yeni Baş naziri o oldu

Qırğızıstan parlamentinin profil komitəsi ölkə hökumətinin tərkibini və strukturunu təsdiqləyib. Bu barədə “Qafqazinfo” “Kabar” informasiya agentliyinə istinadən xəbər verir.

Konstitusiya qanunvericiliyi, dövlət quruluşu, məhkəmə-hüquq məsələləri üzrə parlament komitəsi Ulukbek Maripovun Baş nazir postuna namizədliyini təsdiq edib. Deputatlar yeni hökumətin tərkibini və strukturunu yekdilliklə dəstəkləyiblər.

Baş nazirin birinci müavini Artyom Novikov, hökumət aparatının rəhbəri isə Jeniş Asankulov təyin edilib. Qırğızıstanın Müdafiə Nazirliyinə Taalaybek Omurəliyev rəhbərlik edəcək. Ruslan Kazakbayev xarici işlər naziri təyin edilib.

Qeyd edək ki, Sadır Japarovun erkən prezident seçkilərində qazandığı qələbədən sonra onun rəhbərlik etdiyi Qırğızıstan hökuməti istefaya gedib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!