1 Fevral, 2021
Təhsil nazirinin müavini vəzifəsindən azad edildi

Təhsil Nazirliyində kadr islahatı olub. Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva vəzifəsindən azad edilib.

Onun adı nazirliyin rəsmi saytının struktur bölməsindən də çıxarılıb. M.Vəliyeva 2018-ci ilin iyunun 27-də təhsil nazirinin müavini vəzifəsinə təyinat almışdı.

Qeyd edək ki, bununla bağlı ilk məlumatı “Report” yayıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!