30 Yanvar, 2021
Daha bir intihar hadisəsi - bu dəfə UCARDA

Ucar rayonunda intihar hadisəsi baş verib. “Report” xəbər verir ki, 1984-cü il təvəllüdlü Əfəndiyev Natiq Yaqub oğlu yaşadığı evdə özünü asaraq intihar edib.

Meyit müayinə olunması üçün Səhiyyə Nazirliyi Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Ucar rayon şöbəsinə yerləşdirilib. Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!