29 Yanvar, 2021
Ərdoğan Zərifi qəbul etdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərifi qəbul edib.

Yeniavaz.com “CNN Türk”ə istinadən xəbər verir ki, prezidentin Zəriflə görüşündə Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu da iştirak edib. Ərdoğanın Zəriflə Vahdettin sarayında keçirilən görüşü mətbuata bağlı keçirilib.

Qeyd edək ki, səhər saatlarında baş tutan iki ölkə Xarici İşlər nazirlərinin görüşündə bir sıra regional məsələlərlə yanaşı, Dağlıq Qarabağdakı son vəziyyət də müzakirə edilib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!