29 Yanvar, 2021
Mahir Mehdi : "Məşq edə - edə öyrəndim, ayaq üstdə yıxılmağı..."




... Batırdı

günün səsini

addımların vida xoru.

Qayıtdı söz  formasına

şeirlərin diktatoru.

Gözümlə yazdım

son hökmü,

nəfəs çatmadı diqtəyə.

Yığıldım öz canımdakı

soyulmuş

həssas nöqtəyə.

Yapışdım

zəif yerimin

dəmir qulpundan on əlli.

Bu kökdə

olmağım belə,

olmamağımdan önəmli.

Hisləri küncə qısnadı

sözlərin

cəza dəstəsi.

Çalındı vərəqin üstdə

barmaqlarımın bəstəsi.

Baxıb,

keçirtdim sınaqdan,

ola - ola yox olmağı.

Məşq edə - edə öyrəndim,

ayaq üstdə yıxılmağı...

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!