28 Yanvar, 2021
Bakıda öldürülüb zibil qutusuna atılan qadın cinayəti ilə bağlı XƏBƏR VAR

Bakıda qətlə yetirilərək zibil qutusuna atılan qadının şəxsiyyəti müəyyənləşdirilib. “Report”un əldə etdiyi məlumata görə, bu, 32 yaşlı Məhərrəmova Banu Xudayar qızıdır. İlkin araşdırma zamanı məlum olub ki, hadisəni onun 75 yaşlı qayınatası İdris Məhərrəmov törədib. Həmin şəxs hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən tutulub. Hadisənin qısqanclıq zəmində baş verdiyi ehtimal edilir. Faktla bağlı Nəsimi rayon Prokurorluğunda açılmış cinayət işi üzrə istintaq araşdırmaları davam etdirilir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!