27 Yanvar, 2021
Məktəblərdə qış tətili başlayıb

Bu gündən ümumi təhsil müəssisələrində 2020-2021-ci tədris ili üzrə qış tətili başlayıb. Təhsil Nazirliyindən APA-ya verilən məlumata görə, qış tətili 27-31 yanvar tarixlərini əhatə edir. Qeyd edək ki, ümumi təhsil müəssisələrində dərslər sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!