19 Yanvar, 2021
Yevlax polis rəisinin müavini Əfqan Qurbanovdan şikayət - İDDİA
Yevlax rayon poıis rəisinin müavini Əfqan Qurbanov haqqında yerli sakinlərdən şikayət var. Sakinlərin sözlərinə görə rəis müavini əhalinin şəhid dəfnlərində iştirak etməsinə, dəfn zamanı “Allahu Əkbər” şüalarının səsləndirilməsinə birbaşa özü mane olub. Şüarları səsləndirənləri səbəbsiz saxlayıb polis şöbəsinə apartdırıb. Yerli sakinlərin dediklərinə görə rayonda narkotik vasitələrin satışı, əkilməsi baş alıb gedir. Məlumatda bildirilir ki, bu “əkin sahələri” və satışı ilə məşğul olanların polis tərəfindən lazımi şəkildə qarşısı alınmır. Sakinlər bildirir ki, narkotik vasitələrin satışı o qədər yayılıb ki, rayonun gənc yeniyetmə uşaqları aludəçi olublar.
P.S Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!