16 İyun, 2011
Əli Həsənov köçkünlərə ad qoydu

 “Ermənistandan qovulan azərbaycanlılar didərgin düşmüş siyasi miqrantdırlar”

“Dünyada qaçqın, köçkün problemi ilə miqrant problemi arasında müəyyən paralellik var. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı və Beynəlxalq Miqrasiya təşkilatı bu istiqamətdə birgə fəaliyyət göstərməlidir”.

APA-nın məlumatına görə, bunu baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib.

Ə. Həsənov azərbaycanlılar Ermənistandan Azərbaycana qovulduqlarını, onların qaçqın olduqlarını bildirib: “Amma onlar həm də miqrantdırlar. Onlar müharibə, zorakılıq nəticəsində qovulan siyasi miqrantdırlar. Bu paralelliyi analiz və təhlil etmək olar. Onların bəzi statuslarını hətta birləşdirmək da mümkündür”.

O bildirib ki, miqrasiya ilə bağlı Azərbaycanda qəbul olunan qanunvericilik aktları dünya standartlarına cavab verir. Həm miqrasiya, həm də milli azlıq məsələləri ilə bağlı Azərbaycanda tam hüquqi baza yaradılıb. Hazırda milli azlıqlar Azərbaycanda tam sərbəst şəraitdə yaşayıb, fəaliyyət göstərirlər.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!