16 İyun, 2011
Hüseyn Abdullayev Ərdoğanı təbrik etdi

“Qardaş ölkə olan Türkiyədə seçkilərdən sonra təkrar olaraq iş başına gələn AKP lideri Rəcəb Tayyib Ərdoğanı təbrik edirəm”

Türkiyədə keçirilmiş parlament seçkilərində qalib gəlmiş Ədalət və İnkişaf Partiyasının sədri Rəcəb Təyyub Ərdogana Azərbaycandan təbriklər göndərilməkdə davam edir. 
Dövlət rəsmiləri, partiya sədrləri, millət vəkillərilə yanaşı, ictimai xadimlər də Türkiyəyə təbriklər göndərirlər.

Onların arasında Milli Məclisin keçmiş deputatı Hüseyn Abdullayev də var.

H.Abdullayev “Facebook” sosial şəbəkəsindəki səhifəsində Türkiyədə keçirilən son parlament seçkilərində qələbə qazanması münasibəti ilə baş nazir Rəcəb Tayib Ərdoğana təbrik məktubu göndərib. O, həmin məktubu öz profilində də yerləşdirib. “Qardaş ölkə olan Türkiyədə seçkilərdən sonra təkrar olaraq iş başına gələn AKP lideri Rəcəb Tayyib Ərdoğanı təbrik edirəm”-deyə, eks-deputat yazıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!