12 Noyabr, 2020
32 yaşlı kişi özünü bıçaqlayaraq öldürdü

Ağdaş sakini özünü bıçaqlayıb. Hadisə bu gün rayonun Xosrov kəndində qeydə alınıb.

Kənd sakini, 1988-ci il təvəllüdlü Umarov Xancan Əmrxan oğlu yaşadığı evdə bıçaqla qarın və döş qəfəsinə xəsarət yetirib. Köməksiz vəziyyətdə qaldığı üçün çoxlu qan itirən Xancan Umarov hadisə yerində ölüb.

Məlumata görə, bir uşaq atası olan Xancan Umarov bu yaxınlarda həyat yoldaşından ayrılıb.

Bundan sonra onun psixoloji problemləri yaranıb. Onun özünə qəsd etməsinin dəqiq səbəbi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!