16 İyun, 2011
Gənc musiqiçilər Birinci Uşaq Musiqi Akademiyasında

Tanınmış musiqiçilər ustad dərsləri keçib 

Samara, Tolyatti və Novokuybışevsk şəhərlərində MDB ölkələrinin Birinci Uşaq Musiqi Akademiyası keçirilib. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən Simsar.az saytına verilən məlumata görə, tədbir xalq artisti Yuri Başmetin himayəsi ilə keçirilib. 

İyunun 1-dən 8-ə kimi gerçəkləşən Akademiyada Q.Qarayev adına 8 nömrəli Onbirillik Musiqi Məktəbinin şagirdi Nigar Məmmədova (violonçel), 24 nömrəli Onbirillik Musiqi Məktəbinin şagirdi Yusif Yusifov (klarnet), Xırdalan şəhər Uşaq Musiqi Məktəbinin şagirdi Atabala Manafov (fortepiano) iştirak ediblər.
Akademiya MDB ölkələrinin uşaq musiqi və incəsənət məktəblərində, həmçinin orta ixtisas məktəblərində təhsil alan 10-15 yaşlı uşaqlar üçün ilk dəfə olaraq təşkil edilib. Akademiyada tanınmış musiqiçilər, beynəlxalq müsabiqələr laureatları Yuri Başmet, Aleksandr Buzlov, İqor Fyodorov, Yevgeni Finkilşteyn (Rusiya), Mariza Tansinni, Fulvio Fiori (İtaliya), Tatyana Samuil (Belçika) və Rostislav Krimerin (Belarus) müxtəlif ixtisaslar üzrə ustad dərsləri keçiblər. Azərbaycandan olan şagirdlər Samara Dövlət Filarmoniyasında, Tolyatti Filarmoniyasında, Novokuybışevsk Mədəniyyət Sarayında keçirilən konsertlərdə uğurla iştirak edərək qiymətli hədiyyələrlə mükafatlandırılıb.

Arifə

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!