30 Sentyabr, 2020
İran ərazisindən Ermənistana silah və hərbi texnika daşındığını əks etdirən videolar yayılır

İran ərazisindən Ermənistana silah və hərbi texnika daşınmasını əks etdirən görüntülər yayılır.

Simsar.az APA-ya istinadən xəbər verir ki, videolar sosial şəbəkələrdə yayılır. Videolardan görünür ki, İran ərazisindən keçməklə, Ermənistana silah, hərbi texnika və hərbi təyinatlı maşınlar daşınır.

Buna etiraz edən İranda yaşayan azərbaycanlıların həmin maşınlardan bir neçəsini yandırdığına dair videolar paylaşılır.

İran rəsmiləri hər nə qədər bu faktları təkzib etsələr də, faktlar və görüntülər başqa şey deyir.

İran hər zaman Azərbaycanla dost və qardaş olduğunu, ölkəmizin ərazi bütövlüyünü dəstəklədiyini vurğulasa da, bir daha diqqətə çatdırmaqda fayda var ki, onun bu addımları qonşuluq, dostluq münasibətlərinə, İslam həmrəyliyinə ziddir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!