16 İyun, 2011
Qadınlara pul qazanmaq şansı

Onlar sərfəli şərtlərlə kredit ala biləcəklər

Azərbaycanda Qadınlar üçün ilk Kredit İttifaqı yaradılıb. “Qadın Dünyası” Ictimai Birliyinin Mətbuat Xidmətindən Simsar.az-a verilən məlumata görə, Azərbaycan Kredit İttifaqları Assosiasiyasının dəstəyi və “Qadın Dünyası” İctimai Birliyinin təşəbbüsü ilə yaradılan “Qadın Dünyası” Kredit İttifaqı zərif cinsin nümayəndələrinə maliyyə imkanları yaradır. 
Kredit Ittifaqının yaradılmasında məqsəd respublikanın rayon və kəndlərində yaşayan, müxtəlif sosial qruplardan olan qadınlara kredit verməklə onların sosial şəraitlərinin, iqtisadi durumlarının yaxşılaşdırılmasına, kiçik bizneslərinin inkişafına kömək etmək və dövlət tərəfindən aparılan iqtisadi islahatlara, o cümlədən, qeyri-neft sektorunun və regionların inkişafına dəstək verməkdir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!