9 Sentyabr, 2020
Daha 400 Azərbaycan vətəndaşı Vətənə qayıtdı

Azərbaycan vətəndaşlarından ibarət 400 nəfərlik qrup sentyabrın 8-də COVID-19 pandemiyası səbəbindən bağlanan Rusiya-Azərbaycan sərhədində yaradılmış xüsusi dəhlizdən keçməklə Vətənə qayıdıb.

Bu barədə Dağıstan Respublikasının Dərbənd Rayon Administrasiyasının mətbuat xidməti məlumat yayıb.

Xatırladaq ki, evinə gedə bilməyən Azərbaycan vətəndaşları üçün Fövqəladə Hallar Nazirliyi Dağıstanın Dərbənd və Məhəmmədkənd rayonlarının sərhədində müvəqqəti yerləşdirmə məntəqəsi açıb. Çadır düşərgəsində və yaxınlıqda olan ölkəmizin vətəndaşları həftədə bir dəfə qrup halında vətənə yola salınır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!