9 Sentyabr, 2020
Bakıda orta yaşlı kişi bıçaqlandı

Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib. APA xəbər verir ki, hadisə Bilgəh qəsəbəsində qeydə alınıb.

1983-cü il təvəllüdlü Məmmədov Vüqar Əkrəm oğlu qonşusu ilə əlbəyaxa dava zamanı bıçaqlanıb. Yaralı V.Məmmədov xəstəxanaya yerləşdirilib.

Faktı Sabunçu Rayon Polis İdarəsi araşdırır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!