7 Avqust, 2020
Sipark İnşaatın Həsən Əliyev Layihəsində fasad işlərinə başlanılıb - FOTO

Sipark İnşaatın Həsən Əliyev layihəsində tikinti işləri sürətləndirilib. Belə ki, artıq binanın fasad işlərinə başlanılıb. Bu barədə Simsar. az- a şirkətin ictimaiyyətlə Əlaqələr şöbəsindən İradə Nurəddinqızı məlumat verib. Onun sözlərinə görə yaşayış kompleksinin pəncərələri də artıq vurulur. "Kompleksdə Beynəlxalq standartılara cavab verən PVC pəncərələrdən istifadə olunur. Eyni zamanda binanın fasad işlərinə artıq başlanılıb. Onu da qeyd edim ki, yaşayış kompleksinin fasad örtüyündə dekorativ daşlardan, divar üçün fərqli rəng və teksturalarda olan plitələrdən istifadə olunur. Həsən Əliyev Layihəsi şəhərimizin arxitekturasına gözəllik qatacaq xüsusi zövqlə inşa edilir."

Simsar.az

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!