5 Avqust, 2020
Beyrutda baş verən partlayışda ölənlərin sayı 100-ü keçdi

Livanın paytaxtı Beyrutda baş verən partlayış səbəbilə ölənlərin sayı artıb.
Yeniavaz.com “TASS”a istinadla xəbər verir ki, Beyrutda baş verən partlayış nəticəsində ölənlərin sayı 100-ü ötüb. Bu barədə Livan Qırmızı Xaç Cəmiyyətindən məlumat yayılıb.
Qeyd edək ki, dünən axşam saatlarında Livanın paytaxtı Beyrutda 2700 tondan çox ammonium nitrat duzunun saxlanıldığı binada güclü partlayış baş verib. Livanın Təhlükəsizlik Xidmətinin rəhbəri Abbas İbrahim həmin maddələrin gəmi ilə Afrikaya göndəriləcəyi üçün limanda saxlanıldığını deyib. Hadisə nəticəsində 4 minə yaxın insan xəsarət alıb, 100-dən çox insan dünyasını dəyişib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!