28 İyul, 2020
Hacı Şahin Həsənlinin ilk kitabı işıq üzü görüb

İyulun 28-i ilahiyyatçı Hacı Şahin Həsənlinin “Haradan başlamalı” adlı ilk kitabı işıq üzü görüb. Kitab “Parlaq imzalar”a məxsus “İrşad” nəşriyyatında nəşr olunub.
Kitab həyatdan usanmış müasir insana yeni və pozitiv yanaşmalar təqdim edir. Müəllifin fikrincə, nə mənəvi aramlıq axtarışında olan Şərq, nə də maddi rifaha köklənmiş Qərb cəmiyyətlərində insan xoşbəxt deyil. Bəs bu böhrandan necə qurtulmalı? Haradan başlamalı? Kitabda bu suallara cavab axtarılır
Qeyd edək ki, kitab Hacı Şahinin özü tərəfindən qələmə alınmışdır, xütbələrinin məhsulu deyil.
Kitabı yaxın günlərdə şəhərin kitab mağazalarından, həmçinin “İrşad” nəşriyyatı ilə aşağıdakı nömrələrlə əlaqə saxlayaraq əldə edə bilərsiniz. Qeyd edək ki, ölkə üzrə çatdırma ödənişsizdir:
(+994) 55 989 72 59 (whatsapp)
(+994) 55 969 72 59 (whatsapp)

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!