28 İyul, 2020
Tanınmış jurnalist vəfat etdi

İctimai Televiziya və Radio Yayımları Şirkətinin koronavirusa yoluxan böyük redaktoru, tanınmış jurnalist Əmrah Fəqanoğlu vəfat edib. APA-nın məlumatına görə, o, beyin qansızmasından həyatını itirib. Faktı TƏBİB-dən təsdiqləyiblər. Bildirilib ki, Ə.Fəqanoğlu bu gün səhər həyata gözlərini yumub.
Qeyd edək ki, COVID-19 testinin nəticəsi pozitiv çıxan Əmrah Fəqanoğlu “Yeni klinika”da müalicə olunurdu.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!