24 İyul, 2020
Generalımızın şəhid olduğu gündə iki tanınan azərbaycanlıdan ŞOK ADDIM - FOTOLAR

Artıq neçə gündür ki, gündəmdə olan və böyük təəssüf hissi doğuran bir olaya yenidən qayıtmaq məcburiyyətindəyik. Səbəbi isə sadəcə hamı kimi təəssüflənməyimiz yox, səbəbkarın ya da səbəbkarların üzr əvəzinə həmkarlarımızı yalan informasiya yaymaqda suçlamasıdır. Söhbət xanəndə Almaxanım Əhmədova və atası bəstəkar Vüqar Əhmədlə bağlı yayılan videogörüntüdən gedir. Daha dəqiq desək Almaxanım Əhmədovanın özünün sosial şəbəkədə yaydığı görüntülər. Təbii ki, hər kəsin öz həyatı, öz yaşam tərzi var. Kim, harada və necə istəyirsə o cür yaşayır və istədiyi kimi də məclislər qurur. Yox əgər qurulan məclislər ya da atılan addımlar birbaşa başqalarının mənəviyyatına toxunur və narahat edirsə, deməli burda böyük qəbahət var. Elə Əhmədovlar ailəsinin sərgilədiyi görüntü də məhz bu mənada böyük bir qəbahət idi. Azərbaycan xalqının ən ağır günlərində, ard-arda igid oğlanlarımızın, generalımızın torpaqlarımız uğrunda şəhid olduğu günlərdə belə görüntü paylaşmaq hər kəsdə qıcıq oyatdı. Məsələ burasındadır ki, görüntülərlə bağlı müxtəlif saytlar tənqid dolu və haqlı narazılıqlarını əks etdirən yazılar dərc etdilər. Belə məqamda əslində həm Almaxanımın həm də Vüqar müəllimin ilk növbədə şəhidlərin ruhundan, daha sonrasa saxtakar adlandırdlqları jurnalistlərdən üzr istəməli idilər. Əhmədovlar ailəsi isə günahkar olduqlarını bildikləri halda hələ də başqalarını haqsız çıxarmağa çalışır. Sosial şəbəkələrdə müxtəlif fikirlər yazaraq jurnalistləri nalayiq ifadələrlə tənqid edirlər. Bu da azmış kimi istər jurnalistlərin istər də sadə adamların öz şəxsi səhifələrində paylaşdıqları sözügedən videogörüntüləri və şəkilləri hansısa saxta yollarla silirlər. Bununla da onlar özləri özlərini ifşa edirlər. Çünki istər Almaxanım, istər də Vüqar Əhməd hər kəsi inandırmağa çalışrlar ki, guya video 2019-cu ilin 17 iyul tarixində çəkilib. Əslində isə sizə təqdim etdiyimiz şəkillərdə Əhmədovların video və şəkillərin tarixlərində dəyişiklik edərək təqdim etdikləri açıq–aydın görünür. Diqqətli izləyici fotolardan da aydın görür ki, 2019-cu il tarixlə 2020-ci il tarixlərindəki şəkillər arasında hansı fərqlər var. Misal olaraq ötən il Almaxanımın saç rəngi sarı idi bu videolarda isə onun saçları qara rəngdədir. Və yaxud da tarzən Məsimin ötən ildən bu ilə 20 kiloqram arıqladığı da fotolarda açııq-aydın əks olunub. Bu və ya buna bənzər bir neçə faktı da sizə şəkillərə əlavə edərək diqqətinizə təqdim edirik. Və bir məqamı da xüsusi vurğulayaq. Əziz Əhmədovlar! Siz iddia edirsiz ki, bu məclis ötən il baş tutub və video da da ötən il çəkilib. Sosial şəbəkədən az da olsa başı çıxan hər kəs bilir ki, feysbuk davamlı şəkildə, hər il ötən ilin paylaşımlarını mexaniki olaraq xatırladır. Amma bu xatırlatmanı yalnız istifadəçi özü görür. Və həmin xatırlatma yalnız istifadəçinin özünün təkrar paylaşacağı halda yayımlanır və hər kəs də bunu yenidən görür. O zaman belə çıxır ki, xatırlatmanı paylaşmısız? Əgər bu belə olmuş olsa belə siz bu cür tüstü-kabablı məclisi yenidən və həm də belə ağır bir gündə niyə paylaşırsız ki? Vüqar Əhməd axı siz həm də söz yazarısız, yaradıcı insansınız. Əslində belə məqamda sizdən qızınızı tənbeh etmənizi, özünüzdən isə bir üzr gözləyirdik. Sizsə hələ ki, qəbahətinizə daha qalın don geyindirməyə çalışırsız. Hələ də gec deyil... Başqalarının haqlı tənqidini silməkdənsə özünüzün bir üzrünüzü yazın... Zənnimizcə sizin borcunuzdur ki, açıq şəkildə üzr istəməyəsiniz! Əks təqdirdə bu sizin günah və vicdan yaranız olacaq! Biz bir olub, gücümüzü göstərməliyik. Kabab çəkib şəkil paylaşmaqdansa, bir olub gücümüzü bütün dünyaya göstərməliyik. Bir olmalıyıq ki, bizi təkləməsinlər! Şəhid verən azərbaycanlıların qonaqlıq verməsi çox ayıbdır!

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!