23 İyul, 2020
"Kapital Bank"dan şəhid mayorun kredit borcu ilə bağlı REAKSİYA



Xəbər verdiyimiz kimi, Azərbaycan-Ermənistan dövlət sərhədində düşmən tərəfinin təxribatları nəticəsində Tovuz rayonunda qəhrəmancasına həlak olan 1976-cı il təvəllüdlü, Azərbaycan Silahlı Qüvvələrinin mayoru Novruzov Anar Gülverdi oğlunun "Kapital Bank"a 12 min manat kredit borcu var. Mərhum mənzil almaq üçün kredit götürsə, də sonradan aldadılıb.
"Kapital Bank"-dan Unikal.org-a bildirilib ki, məsələ nəzarətə götürülüb və bankın əməkdaşları tərəfindən araşdırılır. Diqqətə çatdırılıb ki, qısa zamanda müəyyən tədbirlər görüləcək.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!