22 İyul, 2020
Gürcüstan azərbaycanlı vətəndaşlarını ölkəyə buraxmır - FOTO

Gürcüstanın azərbaycanlı vətəndaşları ölkə ərazisinə daxil olmaqla bağlı çətinliklə üzləşiblər.
Report xəbər verir ki, 140 nəfər “Sınıq körpü” sərhəd-keçid məntəqəsinin yaxınlığında toplaşıb.
Onların Gürcüstana keçmələrinə hələlik icazə verilmir. Soydaşlarımız COVID-19 testi verməyib və Vətəndə karantinə alınmağa razıdırlar. Həmin şəxslər arasında ahıl, xəstə, uşaqlı qadınlar və azyaşlılar var. Gürcüstan tərəfinin sərhədi nə zaman açacağı məlum deyil.
Qeyd edək ki, ötən gün Gürcüstan-Azərbaycan sərhədinin birtərəfli qaydada açılacağı barədə məlumatlar yayılıb. Gürcüstan vətəndaşlarının yaxın günlərdə Azərbaycandan ölkə ərazisinə keçmələrinə icazə veriləcəyi bildirilib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!