22 İyul, 2020
İcazəsini yoxladığı qadına "Facebook"da yazan polis işdən çıxarıldı - RƏSMİ

Xəbər verdiyimiz kimi, bir neçə gün bundan əvvəl Sevda Mahmudova adlı sosial şəbəkə istifadəçisinin polis əməkdaşı tərəfindən şəxsi məlumatlarının əldə edilməsiylə bağlı Daxili İşlər Nazirliyi (DİN) tərəfindən araşdırma başlanılmışdı.
DİN-dən Yeniavaz.com-a verilən açıqlamaya görə, araşdırma nəticəsində sözügedən polis əməkdaşı Zahir Abbasov Daxili İşlər orqanlarından xaric edilib.
Bildirilib ki, məsələ ilə bağlı araşdırma aparılıb: "Hadisə ilə əlaqədar Bakı Şəhər Baş Polis İdarəsində müvafiq araşdırmalar aparılmış və həmin şəxs xidmətdə yol verdiyi nöqsanlara görə Daxili İşlər orqanlarından xaric edilmişdir".
Qeyd edək ki, S. Mahmudova şikayətində bildirmişdi ki, “Koroğlu” metrosundakı keçiddən çıxarkən Zahir Abbasov adlı polis əməkdaşı onun şəxsiyyət vəsiqəsinə baxdıqdan sonra məlumatlarını yaddaşda saxlayıb və daha sonra həmin şəxs ona messenger vasitəsilə şəxsi xarakter daşıyan mesaj yazıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!