14 İyun, 2011
BDU-da Milli Qurtuluş Günü

Abel Məhərrəmov: "Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra Azərbaycan fəlakət və xaosdan xilas olub"

BDU-nun mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, tədbiri giriş sözü ilə açan universitetin rektoru, akademik Abel Məhərrəmov bildirib ki, iyunun 15-i dünya miqyasında tanınmış siyasi və dövlət xadimi kimi adını tarixə yazmış şəxs olan Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışını – Qurtuluş Gününü qeyd edilir: “Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra Azərbaycan fəlakət və xaosdan xilas olub, dövlət çevrilişlərinə cəhdlərin qarşısını alıb, «Əsrin müqavilə»si imzalanıb, Azərbaycan dünyanın ən iri dövlətləri və beynəlxalq qurumları tərəfindən etiraf olunub”. 


Tədbirdə iştirak edən YAP-ın icraçı katibi Əli Əhmədov və digər rəsmi şəxslər bu günün əhəmiyyətindən, Heydər Əliyevin xalqın rifahı, Azərbaycanın gələcəyi üçün gördüyü işlərdən danışıblar.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!