14 İyul, 2020
Bakıda oğurluq

Bakıda evdə oğurluq hadisəsi baş verib. Hadisə iyulun 10-u saa 21 radələrində Nəsimi rayonunun 28 May küçəsində yerləşən evlərdən birində qeydə alınıb. Belə ki, naməlum şəxs Z.Daşdəmirova məxsus evin pəncvərəsinin kənarından 600 manat dəyərində mobil telefonu oğurlayıb.
Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini, 1974-cü il təvəllüdlü Toğrul Qasımov müəyyən olunraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.(report)

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!