9 İyul, 2020
Mağazadan 3 min manatlıq oğurluq olub

Bakıda mağazada oğurluq hadisəsi baş verib. “Report”un xəbərinə görə, hadisə iyulun 5-dən 6-na keçən gecə paytaxtın Bakıxanov qəsəbəsində qeydə alınıb. Belə ki, naməlum şəxs O.Məmmədzadəyə məxsus mağazanın qapısını sındırmaqla 2 897 manat dəyərində mobil telefonlar oğurlayıb.
Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, 1975-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş Emil Subanov tutulub.
Faktla bağlı araşdırmalar aparılır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!