14 İyun, 2011
İstanbul sel içində

Şəhər küçələrindəki adamlar sığınmağa yer axtarırlar

Dünən günorta saatlarında Türkiyənin İstambul şəhərinin Avropa hissəsində göyün üzünü bir anda qara buludlar alıb. 

Göy gurultusu ilə birlikdə yağış yağmağa başlayıb. Xüsusilə Topqapı, Fatih, Bayrampaşa və Məcidiyəköy ətrafında başlayan yağış küçədəki adamlara və avtomobillərə çətin anlar yaşadıb. Şəhərin müxtəlif nöqtələrində  tıxaclar əmələ gəlib.
Adamlar yeraltı keçidlərə sığınmalı olublar. Hazırda leysan xarakterli yağış davanm edir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!