6 İyul, 2020
Bakıda daha bir hoteldə karantin rejimi qaydaları pozuldu

Paytaxda fəaliyyət göstərən daha bir məşhur hoteldə karantin qaydaları pozulub. Yeniavaz.com xəbər verir ki, “Hyatt Regency Baku” hotelində lentə alınmış görüntülər sosial şəbəkələrdə yayılıb.
Görüntülərdə bir qrup insanın karantin rejimi qaydalarına əməl etməyərək hovuz kənarında istirahət etdiyi əks olunub.
Qeyd edək ki, dünən “Fairmont Baku” hotelində də pozulması ilə bağlı görüntülər paylaşılmışdı. Polis həmin şəxsləri saxlamışdı.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!