18 İyun, 2020
Xüsusi karantin rejimin tətbiqi ilə bağlı qərar barədə ictimaiyyətə məlumat veriləcək - RƏSMİ

Azərbaycanın bir sıra iri şəhər və rayonlarında növbəti dəfə sərt karantin rejiminin tətbiq edilməsi ilə bağlı hələ qərar verilməyib. Bu barədə "Report"a Nazirlər Kabineti yanında Operativ Qərargahdan bildirilib.
Qeyd edilib ki, yenidən sərtləşdirilmiş xüsusi karantin rejimin tətbiqi ilə bağlı qərar veriləcəyi təqdirdə ictimaiyyətə məlumat veriləcək.
Qeyd edək ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Operativ Qərargahın iyunun 9-da keçirilən brifinqində çıxışı zamanı deyib ki, cümə və şənbə günü (19 və 20 iyun) sərt karantin tətbiq edilməsi, bazar günü isə vətəndaşların istirahəti üçün saxlanılması təklif edilib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!