14 İyun, 2011
Fərid Şahbazlının rəhbəri olduğu təşkilatın adı dəyişdi

Yeni qurum “İslahatçı Gənclər” İctimai Birliyi adlanacaq

5 ildir Azərbaycanın gənclər sektorunda fəaliyyət göstərən “Gənc Liderlər” Uşaq və Gənclər Təşkilatı(UGT) bundan sonra “İslahatçı Gənclər” İctimai Birliyi kimi dövlət qeydiyyatına alınmış şəkildə fəaliyyət göstərəcək. 

Qurumun mətbuat xidmətindən Simsar.az-a daxil olan məlumata görə, iki təşkilatın ötən həftə keçirilən birgə iclasında iki gənclər birliyinin birləşməsi və “İslahatçı Gənclər” İctimai Birliyi adı altında fəaliyyət göstərməsi qərara alınıb. İclasda “Gənc Liderlər” UGT-nin rəhbəri Fərid Şahbazlı “İslahatçı Gənclər” İctimai Birliyinin sədri seçilib.

Yeni fəaliyyətə başlayan “İslahatçı Gənclər”in əsas məqsədi ölkədə həyata keçirilən islahatlara dəstək vermək, müxtəlif istiqamətlər üzrə təkliflərlə çıxış etmək, gənclərin ictimai-siyasi proseslərdə iştirakına yardım göstərməkdir.

Ramil

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!