16 İyun, 2020
Fateh Sultan Mehmetin orijinal tablosu satışa çıxarılır

“National Gallery”də sərgilənən Fateh Sultan Mehmetin dövrümüzə qədər gəlib çatmış üç orijinal portretindən biri İngiltərə paytaxtında satışa çıxarılacaq. Bu barədə “HaberGlobal” məlumat yayıb.
Osmanlı sultanının italiyalı rəssam Centile Bellini tərəfindən 1480-ci ildə çəkilən portreti “Christie's” hərrac evində satılacaq. Fateh Sultan Mehmetin başqa bir insanla təsvir edildiyi yeganə portret sayılan əsər hərracın ən diqqətçəkən işlərindən olacaq.
Əsərin 400-600 min funt sterlinqə satışa çıxarılacağı ehtimal olunur.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!