4 İyun, 2020
Paytaxtda zəncirvari qəza

Bu gecə Bakıda üç avtomobilin iştirakı ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə “NZS” qəsəbəsində qeydə alınıb. Zəncirvari qəza nəticəsində 1937-ci il təvəllüdlü Halıqov Ağaşah Ağaməmməd oğlu xəsarət alıb.
Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona sol gözün küt travması diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.(report)

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!