22 Aprel, 2020
ABŞ Çini məhkəməyə verir - Məlumatları gizlətdiyinə görə

ABŞ-ın Missuri ştatı, koronavirusun vətəni olan Çini məhkəməyə verəcəyini açıqlayıb.

Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ-ın Missuri ştatı Çini, koronavirusla bağlı əlində olan məlumatları sui-istifadə etdiyi, digər qurumları aldatdığı və Covıd-19-un dünya miqyasında pandemiyaya çevrildiyini deyərək, məhkəməyə verəcəyini açıqlayıb.

Məhkəməyə müraciət edən Missuri baş prokuroru Erik Sçmitt, Çinin ilkin məlumatı gizlətməsi nəticəsində qarşısı alına biləcək pandemiyanın bütün dünyada lazımsız şəkildə yayılmasına səbəb olduğunu bildirib.

Bildirilir ki, Çindən çox sayda insan ölümünə səbəb olduğu, insanların çəkdiyi əzabları və iqtisadi çöküşün vurduğu ziyanı ödənməsi istənilir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!