18 Aprel, 2020
Aqil Acalov "Motivator" layihəsinin qonağı olub - VİDEO

İqtisadiyyat üzrə fəlsəfə doktoru, ictimai xadim, Azərbaycan Braziliya Ciu-Citsu İB və Avrasiya Kombat Ciu-Citsu Federasiyasının prezidenti Aqil Acalov "Motivator" layihəsinin qonağı olub. Dövlət qulluğu və idman kimi fərqli istiqamətlərdə şaxələnən fəaliyyəti barədə danışan qonağımızla şəxsi inkişaf üçün insanın özünə müəyyən etdiyi meyarlar və onun uğura gedən beş addımı haqqında fikir mübadiləsi apardıq. İnsanın əsas mənəvi dəyərlərindən birini tarixinə və soy kökünə bağlılıqda görən Aqil Acalov eyni zamanda müasir dünyada müasir Azərbaycan gəncliyi və qloballaşan dünyəvi məsələlərə yanaşma barəsində fikirlərini bizimlə bölüşmüşdür.

Aşağıdakı linkdə sözügedən layihəyə baxa bilərsiniz.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!