15 Aprel, 2020
Azərbaycan vətəndaşı Moskvada koronavirusdan öldü

Azərbaycan vətəndaşı Moskvada koronavirusdan vəfat edib. Dünən 40 yaşlı Rəhimov Vasif Xaliq oğlu xəstəxanada ölüb. Tibb işçiləri ona koronavirus diaqnozu qoyub.

Mərhumun yaxınları bildirib ki, V.Rəhimovda bir neçə gündür ki, koronavirusun əlamətləri olub. Amma o həkimə getməməkdə israr edib.

Dünən vəziyyəti daha da pisləşən şəxs xəstəxanaya çatdırılsa da, dünyasını dəyişib.(oxu)

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!