11 Aprel, 2020
Azərbaycanda koronavirusa yoluxanların sayı 1000-i ötüb - RƏSMİ

Azərbaycanda hazırkı dövrədək 1058 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, onlardan 200 nəfəri müalicə olunaraq sağalıb, 11 nəfər vəfat edib, 847 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Həmin şəxslərdən 27 nəfərin vəziyyəti ağır, 35 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir. Ölkəmizdə müxtəlif karantin zonalarına yerləşdirilən 2840 nəfərin müayinəsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!