14 İyun, 2011
İpoteka şərtləri sadələşdirilir

Dövlət proqramı nazirliklə razılaşdırma nərhələsindədir

Gənclərə sosial ipotekaların verilməsi şərtləri sadələşdiriləcək. Simsar.az-ın məlumatına görə, bunu gənclər və idman nazirinin müavini İntiqam Babayev deyib.

Onun sözlərinə görə, dəyişikliklər ipoteka kreditinin həcmində əksini tapacaq, yəni kreditin maksimum məbləği indiki ilə müqayisədə 35 min manat artırılacaq.

Dəyişikliklərə ipoteka krediti ala biləcək vətəndaşların yeni kateqoriyaları da daxildir.

"Əgər indi ipotekaları gənc ailələr alırlarsa, yeni dəyişikliklərə uyğun olaraq, gələcəkdə onu subaylar da ala biləcəklər", - nazir müavini bildirib.

Babayev deyib ki, "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının qəbul edilməsindən sonra bu dəyişikliklər təsdiqlənəcək.

Apreldə Azərbaycan Prezidenti İlham Əliyev "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramının hazırlanması haqqında sərəncam imzalayıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!